Qubada temperatur 5 dərəcəyə düşdü - FOTO

Qubada temperatur 5 dərəcəyə düşdü - FOTO

Hazırda oxunan: Qubada temperatur 5 dərəcəyə düşdü - FOTO

92256

Şimal bölgəsində havanın temperaturu son iki günlə müqayisədə xeyli aşağı düşüb.

Bizim.Media-nın yerli bürosunun Quba ərazi hidrometeorologiya müəssisəsindən əldə etdiyi məlumata görə, hazırda havanın temperaturu +13 dərəcədir.

Bölgədə bu gün ən aşağı temperatur isə Qubanın Qrız kəndində qeydə alınıb: +5 dərəcə.

İki gün əvvəl isə bu kənddə və digər yaşayış məntəqələrində havanın temperaturu + 30 dərəcədən yuxarı olub.

Sentyabrın 4-ü axşam saat 22-dən başlayaraq hava soyuyub və temperatur +22.12-ə enib. Hazırda şimal rayonlarında qeyri-sabit hava şəraiti davam edir.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO