Yaponiya ilə bu sahələr üzrə iqtisadi əməkdaşlıq inkişaf etdiriləcək

Yaponiya ilə bu sahələr üzrə iqtisadi əməkdaşlıq inkişaf etdiriləcək

Hazırda oxunan: Yaponiya ilə bu sahələr üzrə iqtisadi əməkdaşlıq inkişaf etdiriləcək

92220

Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri, ITOCHU Korporasiyasının sədr müavini Yoşihisa Suzukinin başçılıq etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyində olub.

Bizim.Media xəbər verir ki, görüşdə ölkəmizin Yaponiya ilə əlaqələrin inkişafına önəm verildiyi, iqtisadi əməkdaşlığın genişləndiyi qeyd edilib, ticarət tərəfdaşlığının gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Sənaye, rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi, turizm, bərpa olunan enerji və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğu diqqətə çatdırılıb.
Tərəflər iqtisadi, xüsusi ilə ticarətin və investisiya qoyuluşlarının artırılması, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, “yaşıl enerji” sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO