Homoseksual əlamətlər hiss edirsizsə, dayandırmaq sizin əlinizdədir – Valideynlərə YAŞ TÖVSİYƏSİ 

Homoseksual əlamətlər hiss edirsizsə, dayandırmaq sizin əlinizdədir – Valideynlərə YAŞ TÖVSİYƏSİ 

Hazırda oxunan: Homoseksual əlamətlər hiss edirsizsə, dayandırmaq sizin əlinizdədir – Valideynlərə YAŞ TÖVSİYƏSİ 

92157

İnsan həyatının ən əhəmiyyətli hissələrindən biri olan yeniyetməlik dövrü 11–12 yaşdan 14–15 yaşadək olan müddəti əhatə edir ki, bu da orta məktəbin beşinci-səkkizinci siniflərinə təsadüf edir.

Bu yaş periodunda ən sürətli sıçrayış qızlarda 11-12 yaşında, oğlanlarda isə 13-14 yaşında əmələ gəlir. Bəzi valideynlər tərəfindən səthi yanaşılan bu dövr insan həyatının ən riskli və qalıcı travmalarla yadda qalan bir kəsimidir.
Uşaqlıq və gənclik yaşları arasında ən həssas məqam olan yeniyetməliyin incəliklərinə bələd olmaq, yeniyetmələri bu çətin dövrdə doğru istiqamətləndirmək həm valideylərin, həm də bütövlükdə bir cəmiyyətin uğuruna, əks təqdirdə isə uğursuzluğuna çevrilə bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Taryel Faziloğlu bildirib ki, bu zaman yeniyetmələrdə güclü hormonal dəyişikliklərin olduğu üçün maksimum maarifləndirmə aparılmalıdır.

“Həmin vaxt qadınlarda estrogen, kişilərdə isə testesteron artmağa başlayır. Hormonun çoxalması nəticəsində hər iki tərəfin seksual aktivliyi güclənir və bəyənilmə duyğusu meydana çıxır. Yeniyetməlik dövrünün bu tip hormonal aktivlityindən yaranan psixoloji məqamlar zamanı yeniyetmələr zamanlarının əsas hissəsini qarşı cinsə fokuslanmağa həsr edirlər.
Ona görə də, bu zaman bəzi xoşagəlməz hadisələr özünü göstərə bilir. Hormonların yeniyetmələrdə yaratdığı aktivliyi daha faydalı sahələrə yönəltmək lazımdır. Əks halda isə  bu gün gənclərdə tez-tez qarşımıza çıxan problemlərlə üzləşmək məcburiyyətində qalacağıq”.

Psixoloq vurğulayır ki, yeniyetmələrin cinsi yetişkənliyi yaxşı keçirməməsinin əsas səbəblərindən biri də, texnologiya dövründə yaşamağımız və gənclərin  sosial şəbəkələrdəki mənfi vərdişlərə  həddindən artıq aludə olmsından qaynaqlanır.

“Yeniyetmələr bütün mövcud sosial şəbəkələrdən istifadə edərək cinsi həyata daha tez atılmağa çalışırlar. İşdən əlavə sosial şəbəkələrdə daha çox vaxt keçirən valideynlər isə bir növ uşaqlarında hansı istək və həvəslərin oyandığından xəbərsiz olurlar. Bu dövrdə həmçinin əksinə olaraq kişilərdə qadın hormonu olan estrogen, qadınlarda isə kişi cinsi hormonu testesteron arta bilər.

Nəticədə isə yeniyetmələrdə homoseksuallıq istəyi güclənir. Bu zaman onları bu istəkdən çəkindirmək valideynlərin borcudur. Çünki məhz bu periodda həyatı bahasına səhvlər edən yeniyetmələr üçün sonradan ən çox təəssüflənən məhz onların valideynləri olur”.

Həkim-terapevt Rasif Bağırovun sözlərinə görə bəzi xəstəliklər özünü məhz yeniyetməlik dövründə biruzə verməyə başlayır. Buraya  genetika ilə ötürülən əsəb xəstəlikləri və sinir sistemi pozğunluqları  da aiddir.

“Uşaqlarda olan sinir pozğunluqları cinsi yetişkənlik dövründə o qədər gərginləşə bilir ki, hətta şizofreniyanın bəzi xırda simptomları da orada özünü göstərə bilir. Həmçinin beyində “mental sistem” yəni düşüncə və təfəkkürlə bağlı problemlərə də rastlanır.
Keçid dövründən sonra bu kimi əlamətlər nisbətən azalmağa başlayır, amma müalicə etmədiyimiz təqdirdə isə bu ömür boyu davam edə bilir. Bəzən həkimlərimiz yalnış olaraq heç bir müalicə yazmadan bu kimi halları keçid dövrü ilə bağlayır və bir müddət sonra düzələcəyini vurğulayırlar. 

Dünya alimləri müəyyən ediblər ki, 13-17 yaş arası insan orqanizminin kalsiuma olan tələbatı  99 il yaşayan insan bədəninin tələb etdiyi kalsiumdan daha çoxdur. Bu məqam yeniyetməlik dövrünə təsadüf etdiyi üçün bunu diqqətdə saxlamaq məsləhətdir.

Həmin zaman yeniyetmə orqanizminin kalsiuma olan tələbatı ödənməyəndə  əzələləri nazik və çəlimsiz olur. Uzun və arıq görkəm alan orqanizmin müqaviməti zəifləyir və bu zaman istənilən bir yolxucu xəstəliyə yoluxmaq asanlaşır”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO