Siyəzəndəki yanğın söndürüldü – RƏSMİ 

Siyəzəndəki yanğın söndürüldü – RƏSMİ 

Hazırda oxunan: Siyəzəndəki yanğın söndürüldü – RƏSMİ 

92056

Ötən gün Siyəzən rayonunun Zarat kəndi ərazisində-Xəzər dənizi sahili boyu yeni çəkilən -Rusiya sərhədi yolunun ətrafında başlayan yanğın gecə saat 4-də tam söndürülüb.  

Siyəzən Rayon İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, yanğın nəticəsində 5 hektar meşə və meşəətrafı sahə yanıb.

Alovun söndürülməsində FHN-nin Siyəzən və Xızı rayonlarından 3 yanğınsöndürən avtomobil və canlı qüvvəsi, Siyəzən Tayon İH və regional meşə təsərrüfatı əməkdaşları birgə iştirak ediblər.

Yanğının nədən baş verdiyi hələ açıqlanmır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO