Xaçmazda polisin öldüyü qəzanın DETALLARI 

Xaçmazda polisin öldüyü qəzanın DETALLARI 

Hazırda oxunan: Xaçmazda polisin öldüyü qəzanın DETALLARI 

91877

Xaçmazda polis əməkdaşının yol qəzasında ölümü ilə bağlı təfərrüatlar məlum olub.

Bizim.Media-nın regional bürosunun əldə etdiyi məlumata görə, rayonun Köhnə Xudat kənd sakini olan 27 yaşlı Elvin Mürsəlov Xudat polis bölməsinin əməkdaşı olub.

Onun idarə etdiyi "Hyundai"markalı avtomobil Xudat -Nabran yolunun Nabran qəsəbəsindən keçən hissəsində hərəkətdə olarkən avtomaşın qəfildən yoldan çıxıb və ağaca çırpılıb. 

Elvin Mürsəlov hadisə yerindəcə keçinib.  

Qeyd edək ki, mərhumun atası Müşfiq Mürsəlov da polis əməkdaşıdır. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO