Bakıda 1 yaşlı oğluna xəsarətlər yetirən atanın MƏHKƏMƏSİ BAŞLAYIR  

Bakıda 1 yaşlı oğluna xəsarətlər yetirən atanın MƏHKƏMƏSİ BAŞLAYIR  

Hazırda oxunan: Bakıda 1 yaşlı oğluna xəsarətlər yetirən atanın MƏHKƏMƏSİ BAŞLAYIR  

91755

Bakının Yasamal rayonunda azyaşlı oğluna xəsarət yetirməkdə ittiham olunan Samir Ağakərimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. 

Daha sonra ittihama münasibət bildirən Samir Ağakərimov özünü təqsirli bilməyib. Növbəti proses sentyabrın 15-ə təyin edilib. 
İttihama görə, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə bu ilin aprelin 26-da saat 16 radələrində 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Samir Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Onun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanıb. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO