Göyçaydakı məktəb qalmaqalı ilə bağlı araşdırma başladı – RƏSMİ - VİDEO

Göyçaydakı məktəb qalmaqalı ilə bağlı araşdırma başladı – RƏSMİ - VİDEO

Hazırda oxunan: Göyçaydakı məktəb qalmaqalı ilə bağlı araşdırma başladı – RƏSMİ - VİDEO

91658

Göyçay rayon Uşaq Musiqi Məktəbində baş verən hadisə ilə bağlı məsələ Mədəniyyət Nazirliyi tərəfindən araşdırılır. 

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, yaxın günlərdə ictimaiyyətə daha geniş məlumat veriləcək. 

Qeyd edək ki, Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb.

Göyçay rayon Uşaq Musiqi Məktəbinin kollektivi təhsil ocağının foyesinə toplaşaraq, yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar, müəllimlər etiraz edərək onu məktəbdən qovublar. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO