Azərbaycanın turizm bölgələrindən birində polis bölməsi yaradılıb.
Nazirliyin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, Qusar rayonunda ictimai qaydanın qorunmasının, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə, rayon mərkəzindən uzaqlığını nəzərə alaraq, Azərbaycan Prezidentinin tapşırığı ilə, Şahdağ Qış-Yay Turizm Kompleksinin də daxil olduğu Zindan-Muruq, Kuzun, Aladaş və Ləzə kəndlərini əhatə edən ərazi polis bölməsi yaradılıb.
Bu gün həmin ərazidə inşa edilmiş ən müasir standartlara uyğun inzibati binanın açılışı olub.
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib, tapşırıq və tövsiyələrini verib.





























































































