Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
Bizim.Media xəbər verir ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı «Abituriyent» jurnalının 6-cı sayında dərc olunacaq. Abituriyentlər jurnalı sabah günün ikinci yarısından etibarən əldə edə biləcəklər.
Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:06 / 31.08.2022
Qəbul imtahanlarının NƏTİCƏLƏRİ AÇIQLANDI
Hazırda oxunan: Qəbul imtahanlarının NƏTİCƏLƏRİ AÇIQLANDI
Hazırda oxunan: Qəbul imtahanlarının NƏTİCƏLƏRİ AÇIQLANDI
91411
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.