“Ağıllı kənd” layihəsi başqa bölgələrdə də reallaşdırıla bilərmi? - TƏHLİL

“Ağıllı kənd” layihəsi başqa bölgələrdə də reallaşdırıla bilərmi? - TƏHLİL

Hazırda oxunan: “Ağıllı kənd” layihəsi başqa bölgələrdə də reallaşdırıla bilərmi? - TƏHLİL

91284

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “ağıllı kənd” layihələri həyata keçirilir. İlk olaraq belə bir layihə Zəngilanın Ağalı kəndində reallaşıb. Bu istiqamətdə ikinci layihə isə Füzulinin Dövlətyarlı kəndində həyata keçəcək. Yaxın dövrdə prosesə start veriləcək. 

Görünən odur ki, bu tip layihələr yalnız ölkənin işğaldan azad edilmiş ərazilərində icra edilir. Bu fonda maraqlıdır, gələcək perspektivdə ölkənin digər ərazilərində də anoloji “ağıllı kənd” layihələri həyata keçirilə bilərmi? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov Qarabağdan kənar digər ərazilərlə bağlı “ağıllı kənd” layihələrinin icrasına tələsməməyi məsləhət gördü: 

“Dünyanın özündə belə “ağıllı kənd” layihələri üzrə prosesin hansı istiqamətdə inkişaf etdirilməsi tam olaraq aydınlaşmayıb. Bunun üçün kifayət qədər ciddi hazırlıq işləri aparılmalı, icma özü ona hazır olmalıdır. İcmanın prosesə hazır olmadığı təqdirdə, belə layihələr effekt vermir. Bu istiqamətdə Efiopiya, Nigeriya təcrübəsi göstərir ki, icmalar digital texnologiyalardan istifadə bacarığına malik olmadığı təqdirdə, həmin istiqamətdə xərclənən vəsaitlər icmanın həyat tərzinə təsir göstərməməklə yanaşı, əlavə dəyər də yaratmır”. 

Ekspert bildirir ki, nağdsız ödəniş bacarığını inkişaf etdirə bilməyən cəmiyyətlər hələlik belə layihələrə hazır deyil: 
 

“Bunun üçün ilk olaraq hazırlıq işləri görülməli, icmanın bilik və bacarığı ona uyğunlaşdırılmalı, mövcud infrastruktur qiymətləndirilməlidir. Həmin layihənin prosesə cəlb ediləcək əhalinin həyat tərzində nə dərəcədə əhəmiyyətli olması aydınlaşmalıdır.


Azərbaycan icması isə hələlik həmin layihələrdən yararlanmağa hazır deyil. Proseslə bağlı ehtiyatlı və mərhələli yanaşma ortaya qoyulmalıdır ki, bu yöndə xərclənən vəsaitlər batmasın. Qarabağda isə vəziyyət fərqlidir. Orada infrastruktur sıfırdan qurulur. Sıfırdan qurulduğuna görə, orada inşa edilən “ağıllı kənd” layihələrində müasir inkişaf tendensiyalarının elmentləri də öz əksini tapmalıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO