Şabranda meşəlik ərazidə YANĞIN BAŞLAYIB

Şabranda meşəlik ərazidə YANĞIN BAŞLAYIB

Hazırda oxunan: Şabranda meşəlik ərazidə YANĞIN BAŞLAYIB

91217

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, əlavə olaraq FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO