Masallıda tanışını qətlə yetirməkdə təqsirəndirilən Hüseynxan Cəfərovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Aqil Musayevin icraatına verilib.
Qeyd edək ki, iyunun 8-də 1992-ci il təvəllüdlü Qadir Hüseynova Masallı rayonu ərazisində xəsarət yetirilməsi və aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Masallı Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı 2002-ci il təvəllüdlü Hüseynxan Cəfərov fəhlə kimi çalışdıqları ərzaq anbarında aralarında baş vermiş mübahisə zamanı Qadir Hüseynovun baş nahiyəsinə yumruq vurmaqla xəsarət yetirib, nəticədə o, almış olduğu xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hüseynxan Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:08 / 30.08.2022
Tanışını yumruqla öldürən şəxsin istintaqı başa çatdı
Hazırda oxunan: Tanışını yumruqla öldürən şəxsin istintaqı başa çatdı
Hazırda oxunan: Tanışını yumruqla öldürən şəxsin istintaqı başa çatdı
91064
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.