Azərbaycanda turistlərin təhlükəsizliyinə təmiant varmı? – Ekoturizmi ÖLDÜRƏN SƏBƏBLƏR

Azərbaycanda turistlərin təhlükəsizliyinə təmiant varmı? – Ekoturizmi ÖLDÜRƏN SƏBƏBLƏR

Hazırda oxunan: Azərbaycanda turistlərin təhlükəsizliyinə təmiant varmı? – Ekoturizmi ÖLDÜRƏN SƏBƏBLƏR

90947

Azərbaycanın turizim imkanlarını niyə lazımınca təqdim edə bilmir?

Qəliz sualdır, cavabı da çoxşaxəlidir. Yəni, səbəbi çoxdur. Pandemiya səbəbindən ayağı qısalan yerli turistlər də öz ölkəmizin turizim təqdimatından və infrastrukturundan narazıdır. Xarici turistlər isə qısa müddətdə Azərbaycandan doymuş olur, bir gələn bir də bura geri dönmür.

Məslələ ilə bağlı Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi ilə həmsöhbət olduq.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ekotruizmə nə mane olur? - SƏBƏBLƏR 


O, Bizim.Media-ya bildirdi ki, son illər pandemiyaya görə insanların xarici ölkələrə səfərləri azaldığı üçün daxili turizminin inkişafı üçün əla fürsət yaranıb:

“Vətəndaşlarımız indi ölkəmizin bu və digər gözəl landşafta malik ərazilərinə üz tuturlar. Bu zamansa bütün görülən tədbirlərə rəğmən hələ də bəzi nöqsanların qladığı üzə çıxır.

Məsələn, insanlar səyahətə əsasən iri tutumlu avtobuslarla çıxırlar. Tur boyu avtobusların dayanacağı yüksək komfortlu, yəni, WiFi zonaları, piknik əraziləri, yüngül qəlyanaltılı yerləri olan obyektlərimiz çox azdır.

Bundan əlavə tur marşrutlarının keçdiyi yolların üzərində bəzən xoşagələməz mənzərələrlə rastlaşırıq.

Məsələn, Bakı-Quba yolu üzərindəki “beşbarmaq” ziyarətgahının yaxınlığındakı mənzərə xüsusilə təəssüf doğurandır. Tozun-torpağın içində “göstərilən” ucuz və keyfiyyətsiz iaşə “xidməti” ürək ağrıdır”.
Asfalt yollar ekoturizmə ziyan vurur

Samir Dübəndi belə hesab edir:

“Bu gün bütün regionlara rahat yollar çəkilib. Hətta ən məşhur istirahət guşələrinə belə asfalt yolla gedirsən. Beynəlxalq tələblər baxımından bu doğru deyil. Çünki, asfalt yollar həm ətraf mühitə ziyan vurur, həm də biomüxtəlifliyi korlayır. Yaxşı olar ki, dağ və meşələrdəki yollar öz təbiiliyini saxlayaydı. Axı, istirahətə gedən adam daha çox piyada gəzmək və təbiət qoynunda daha çox vaxt keçirmək istəyir”. 

Hazırda ölkəmizdə 10 Milli Park var ki, bu da ölkə ərazisinin 4.8 faiz deməkdir. Bu Milli Parklarda ekoturizmin inkişafı üçün unikal imkanlar var. Amma bu sahədə turizm sənayesi az inkişaf etdiyi üçün kifayət qədər problemlər qalmaqdadır”.

Turistlərin təhlükəsizliyi necə qorunur?

Ekspert meşəlik ərazilərdə turistlərin təhlükəsiz hərəkətinin təminatı məsələsinə toxunaraq bildirdi ki, turizm sektorunda insanların təhlükəsizliyi vacib faktordur:

“Məsələn, şəlalələr ətrafında və dik yamaclarda turistlərin təhlükəsizliyinə tam şərait yaradılmayıb. Məsələn, mən bu günlərdə Qubadaki Afurca şəlaləsində oldum. Xeyli turist var idi. Amma orada turistlərin təhlükəsizliyi üçün heç bir tədbir görülməyib.
Turizmin əsas sahələrindən olan ekoturizm üçün Milli Parklarda və meşəlik ərazilərdə əla imkanlar var. Bu ərazilərdə alpinizm, atla gəzintilər, bir qədər ekstrim yarışların təşkil etmək mümkündür.

Yeni biznes modellə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirlik ekoturizmin təşkili üçün bizə 36 ərazinin koordinatını verib. Bu ərazilərin bir çoxunda ekoturizm fəaliyyəti üçün ideal imkanlar var. Çalışırıq ki, kempinq imkanları olan mərkəzlərdən birini ən azı ilin sonunadək istifadəyə verək”.

Turist marşrutlarının və dağ cığırlarının elektron xəritəsi niyə yoxdur? 

Dağlıq ərazilərdə turist marşrutlarının və cığırların xəritəsi müvafiq qurumlar tərəfindən hazırlanıb. Samir Dübəndi deyir ki, təəssüf, bu xəritələri biz hələlik proqramlaşdıra bilməmişik:
“Turistlər bundan öz telefonları vasitəsi ilə hələ istifadə edə bilmirlər. Təbii ki, həmin marşrut və cığırların üzərindəki infrastrukturlar da yox dərəcəsindədir. Bildiyiniz kimi beynəlxalq nişanlama sistemi var. Bu sistemə qoşulan turist qabaqcadan bilir ki, yolda onu hansı çətinliklər və yaxud sığınacaqlar gözləyir. Üstəlik, bu sistemə qoşulma mobil rabitənin də həmin ərazilərdə faəliyyətini də stimullaşdırır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO