Əflatun Amaşov DANIŞDI: – “İstefa verməmişəm”

Əflatun Amaşov DANIŞDI: – “İstefa verməmişəm”

Hazırda oxunan: Əflatun Amaşov DANIŞDI: – “İstefa verməmişəm”

90945

Əflatun Amaşov Mətbuat Şurasının sədri vəzifəsindən getməsi və istefa ərizəsi yazması ilə bağlı məlumatlara münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, “Facebook” hesabında məsələyə toxunan Əflatun Amaşov istefa ərizəsi yazmadığını və hazırda işinin başında olduğunu qeyd edib:

“Kimlərsə orda-burda deyib ki, mən Mətbuat Şurası sədrliyindən istefa ərizəsi yazmışam. Bunu mənim fikrimi öyrənmədən yazanlar da tapılıb. Bəri başdan bildirim ki, yazılanlar və deyilənlər şayiədir. İstefa verməmişəm, vermək fikrim də yoxdur. Hazırda işimin başındayam”. 

Əflatun amaşov əlavə edib ki, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əsasən 4 ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməlidir:

“Axırıncı ali məclis 2018-ci ildə baş tutub. Deməli, 2022-ci ildə də təşkil olunmalıdır. Bununla bağlı qərarı, yəni qurultayın keçirilməsi üzrə Nizamnamə prosedurunun reallaşdırılması qərarını Şuranın İdarə Heyəti verməlidir.

Qurultayda Şuranın İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyimi irəli sürüb-sürməmək qərarını isə mən verməliyəm. Tövsiyə edirəm ki, kimsə buna görə narahatlıq keçirib hadisələri qabaqlamaq niyyətinə düşməsin. Belə bir niyyətə düşmək ən azından etikasızlıqdır”, - deyə o, bildirib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO