Nizami Gəncəvinin məqbərəsində çatlar yarandı - VİDEO

Nizami Gəncəvinin məqbərəsində çatlar yarandı - VİDEO

Hazırda oxunan: Nizami Gəncəvinin məqbərəsində çatlar yarandı - VİDEO

90768

Dahi Azərbaycan şairi, şərqin böyük mütəfəkkiri Nizami Gəncəvinin Gəncədəki məqbərə kompleksində çatlar yaranıb.

Bizim.Media-nın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, 1947-ci ildə şairin qəbirüstü türbəsinin yerində inşa olunan məqbərədə 1991-ci ildə yenidən əsaslı təmir və tikinti işləri aparılıb.

Ərazi böyüdülüb, məqbərənin önündən keçən magistral yolun üzərində körpü inşa olunub. Elə hazırda yaranmış vəziyyətə də bu yolda avtomobillərin hərəkəti nəticəsində yaranan titrəyişlərin səbəb olduğu bildirilir.

2011-2012-ci illərdə aparılan təmir işləri zamanı körpünün daşıyıcı sütunları yanında gücləndirici dayaqlar qoyulub. Ancaq bu da zamanla yeni çatların yaranmasına mane ola bilməyib.

Məqbərə kompleksinin direktoru Gülnarə İsmayılova deyib ki, artıq Mədəniyyət Nazirliyinin əlaqədar qurumları məqbərə kompleksində zəruri təmir işlərinə başlanması istiqamətində müvafiq işlər aparırlar.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO