“Təbrizin sehrli nağılları” kitabının müəllifi VƏFAT ETDİ - FOTO

“Təbrizin sehrli nağılları” kitabının müəllifi VƏFAT ETDİ - FOTO

Hazırda oxunan: “Təbrizin sehrli nağılları” kitabının müəllifi VƏFAT ETDİ - FOTO

90766

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru, məşhur “Təbrizin sehrli nağılları” kitabının müəllifi Cəmilə Həsənzadə vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə C.Həsənzadənin həmkarları bildiriblər.

Qeyd edək ki, C.Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-ü ildə isə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ.Repin adına İnstitutu sənətşünaslıq fakültəsini bitirib.

1973-ci ildən Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi idi, 1983-cü ildən N.Tusi adına pedaqoji Universitetinin bədii qrafika fakültəsində, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət gimnaziyasında dərs deyib.

1976-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvü idi. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO