Məşhur “Dünya xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı Bettani Hyuzun Azərbaycanın tarixi və mədəni xəzinələri barədə filmi "BBC World News" telekanalında yayımlanıb.
Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondu və "bp Azərbaycan" şirkətinin tərəfdaşlığı ilə hazırlanan film Böyük Britaniyanın “SandStone Global” prodakşn şirkəti tərəfindən "Bakı Media Mərkəzi"nin dəstəyi ilə ərsəyə gəlib.
İki hissədən ibarət filmdə Bakı, Şuşa, Qobustan və Şəkinin əfsanəvi və heyranedici tarixi və mədəni irs xəzinələri araşdırılıb və təqdim edilib. “İpək Yolu” filmi Qobustan və Şəki, ”Odlar Yurdu” adlı film isə Bakı və Şuşaya həsr olunub.
Filmin “Odlar Yurdu” adlı ikinci hissəsi 27-28 avqust tarixlərində "BBC World News" kanalında yayımlanacaq.
Bizim.Media