Bakıda qəzada ölən Türkiyə vətəndaşının kimliyi məlum olub - YENİLƏNİB

Bakıda qəzada ölən Türkiyə vətəndaşının kimliyi məlum olub - YENİLƏNİB

Hazırda oxunan: Bakıda qəzada ölən Türkiyə vətəndaşının kimliyi məlum olub - YENİLƏNİB

90706

Bakının Səbail rayonunda ağır yol qəzası baş verib və bir nəfər ölüb. 

Bizim.Media APA-ya istinadən xəbər verir ki, hadisə Salyan şosesinin Su İdmanı Sarayının qarşısına düşən hissəsində qeydə alınıb. 

Yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçən biri kişi, ikisi qadın olmaqla üç nəfəri “Toyota Prius” markalı avtomobil vurub.

Zərbənin təsirindən kişi hadisə yerində ölüb. Onun Türkiyə vətəndaşı olduğu bildirilir. Yaralılardan biri isə 1987-ci il təvəllüdlü Əhmədova Xəyalə Fərman qızıdır. Digərinin kimliyi hələlik naməlum olaraq qalır. Verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən qadınların hər ikisi aqonal vəziyyətdədir. 
Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. “Toyota” markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olurmuş. Sürücü Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda avtotexniki ekspertiza təyin edilib. Avtoqəzanın dəqiq baş vermə səbəbləri araşdırılır. 

*** 13.52

Avqustun 26-da saat 23 radələrində paytaxtın Səbail rayonu ərazisində şəhər sakini F.Quliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı Yusuf Türksoyu, Ağdaş rayon sakini X.Əhmədovanı və 30-35 yaşlı qadını vurub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, qəza nəticəsində Y.Türksoy hadisə yerində ölüb. 

Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO