Masallıda yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - YENİLƏNİB 

Masallıda yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - YENİLƏNİB 

Hazırda oxunan: Masallıda yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - YENİLƏNİB 

90403

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***17:32

Masallı rayonu ərazisində İstisu sanatoriyası ətrafında yerləşən meşəlik ərazidə yanğın davam edir.

Bizim.Media-nın cənub bürosuna verilən xəbərə görə, artıq yanğının əhatə etdiyi ərazi 3 hektara çatıb.

Çətin relyefli dağlıq ərazi olduğundan texnikanın hərəkəti çətinləşib. Hadisə yerinə helikopterlərin cəlb edilməsi nəzərdə tutulub.

***15:17

Bizim.Media xəbər verir ki, yanğın rayonun Qəriblər kəndi yaxınlığında İstisu meşələrində baş verib.

Çağırışla əlaqədar Fövqəladə Hallar Nazirliyin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO