“Rus bölməsi üzrə siniflərin saxlanılması çətinlik yaradır” – NAZİR  

“Rus bölməsi üzrə siniflərin saxlanılması çətinlik yaradır” – NAZİR  

Hazırda oxunan: “Rus bölməsi üzrə siniflərin saxlanılması çətinlik yaradır” – NAZİR  

89982

“Azərbaycanda rus bölməsi üzrə yerlər hər zaman məhdud olur. Bu gün ölkədə rus bölməsi üzrə 14 min yer var".

Bizim.Media xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, yerlər məhduddur və əgər 18 min şagird rus bölməsində təhsil almaq istəyirsə, bizdən asılı olmayaraq, "yox" deyilir:

"Çünki əlavə şagird sayı yeni siniflərin açılması deməkdir. Bu da bir sinifdə 40 şagirdin təhsil alması deməkdir. Belə olan halda da kadr problemi ortaya çıxır.
Ümumilikdə, rus bölməsi üzrə siniflərin saxlanılması müəyyən çətinlik yaradır. Biz bu istiqamətdə keyfiyyət və sayı saxlayırıq. Odur ki, bizim imkanlarla mövcud şərait uzlaşmalıdır. Hesab edirəm ki, heç bir valideyn övladının zəif təhsil almasını istəməz", - deyə nazir qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO