Paytaxtda bu küçə təmir edilir – VİDEO

Paytaxtda bu küçə təmir edilir – VİDEO

Hazırda oxunan: Paytaxtda bu küçə təmir edilir – VİDEO

89965

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Əlişir Nəvai küçəsini təmir edir.

Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 990 metr, ortalama eni 10,5 metr olan yolun təmir işləri çərçivəsində frezlənmə, səki daşlarının yenilənməsi işləri davam edir. Bu istiqamətdə küçəboyu 800 p/m yeni səki daşları düzülüb.

Daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq.

Sonda üfüqi nişanlanma xətlərinin çəkiləcək, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılacaq.

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6,25 kilometr təşkil edən 9 küçə təmir edilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO