Laçın rayonu ərazisində dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən avqustun 15-dən bu günədək 1318 ədəd 2021-ci ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, avqust ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 1275 ədəd piyada əleyhinə, 16 ədəd tank əleyhinə və 281 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 1428 hektar ərazi tam təmizlənib.
Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 25760 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
7434 ədəd piyada əleyhinə, 2207 ədəd tank əleyhinə və 9911 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:22 / 22.08.2022
Müdafiə Nazirliyi Laçınla bağlı YENİ MƏLUMAT YAYDI - FOTO/VİDEO
Hazırda oxunan: Müdafiə Nazirliyi Laçınla bağlı YENİ MƏLUMAT YAYDI - FOTO/VİDEO
Hazırda oxunan: Müdafiə Nazirliyi Laçınla bağlı YENİ MƏLUMAT YAYDI - FOTO/VİDEO
89876
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.