Azərbaycanda 13 məktəb üçün yeni bina tikilir

Azərbaycanda 13 məktəb üçün yeni bina tikilir

Hazırda oxunan: Azərbaycanda 13 məktəb üçün yeni bina tikilir

89854

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir.

Hazırda idarənin tabeliyindəki 13 məktəb üçün yeni bina tikilir.

Bizim.Media xəbər verir ki, bu barədə Regional Təhsil İdarəsi məlumat yayıb.

Bu məktəblərdən birinin – Balakən rayonunun Yeni Şərif kənd tam orta məktəbi üçün inşa edilən yeni binanın sentyabrın 15-də istifadəyə verilməsi nəzərdə tutulur.

Hazırda Regional İdarənin tabeliyində olan ümumtəhsil məktəblərindən təmirə ehtiyacı olan 39-unda cari təmir işləri aparılır.

O cümlədən Qəbələ rayonu üzrə 11, Şəki rayonu üzrə 9, Qax rayonu üzrə 9, Zaqatala rayonu üzrə 4, Oğuz rayonu üzrə 4 və Balakən rayonu üzrə 2 məktəbdə cari təmir işləri aparılır.

Təmir işlərinin yeni tədris ilində yekunlaşması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO