“Bakı Tekstil Fabriki” cərimələndi

“Bakı Tekstil Fabriki” cərimələndi

Hazırda oxunan: “Bakı Tekstil Fabriki” cərimələndi

89820

“Bakı Tekstil Fabriki" MMC barəsində inzibati protokol tərtib edilib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4 (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

İşə hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq. Məhkəmənin vaxtı müəyyən edilməyib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO