Gəlinini qəsdən öldürməkdə şübhəli bilinən qayınata tutuldu

Gəlinini qəsdən öldürməkdə şübhəli bilinən qayınata tutuldu

Hazırda oxunan: Gəlinini qəsdən öldürməkdə şübhəli bilinən qayınata tutuldu

89802

Daşkəsən rayonunda gəlinini qəsdən öldürməkdə şübhəli bilinən qayınata tutulub. 

Bu barədə Bizim.Media-ya Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib. 

Belə ki, avqustun 22-i, saat 11 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qaynatası 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Məhəmmədəli Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq tədbirləri davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO