Zabuxda qeyri-qanuni məskunlaşan ermənilərə xəbərdarlıq edildi – ƏKS TƏQDİRDƏ...

Zabuxda qeyri-qanuni məskunlaşan ermənilərə xəbərdarlıq edildi – ƏKS TƏQDİRDƏ...

Hazırda oxunan: Zabuxda qeyri-qanuni məskunlaşan ermənilərə xəbərdarlıq edildi – ƏKS TƏQDİRDƏ...

89645

Azərbaycanın Laçın rayonunun Zabux kəndində qeyri-qanuni məskunlaşan ermənilərə təxliyədən əvvəl evlərini yandırmamaq barədə xəbərdarlıq edilsə də onlar əməllərini davam etdirirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Mənbə iddia edir ki, Azərbaycan ermənilərin evləri yandırmağa davam edəcəyi təqdirdə Zabuxa qoşun göndərəcəyi ilə hədələyib.

Vurğulanır ki, ermənilər hər dəfə kənddə evləri və meşələri yandıranda Azərbaycan beynəlxalq təşkilatlara, o cümlədən ekoloji qurumlara müraciət edərək, sübut kimi müvafiq videomaterialı təqdim edib.

Bundan əlavə, Bakı rus sülhməramlılarına xəbərdarlıq edib ki, onlar fəaliyyətsiz olsalar, Azərbaycan ordusunun bölmələri Zabuxa gətiriləcək. Bundan sonra rus sülhməramlıları özləri müvafiq tədbirlər görüblər. Bu baxımdan dünən Zabuxda yanmış evlə bağlı sülhməramlılar hay-küy qaldırıblar.

Öz növbəsində Zabux kəndinin qondarma “rəhbəri” Andranik Çavuşyan “Hraparak”a müsahibəsində evin yandırılması faktını təsdiqləyərək yanğının tez bir zamanda söndürüldüyünü bildirib.

Qarabağdakı qanunsuz erməni quldur dəstələrinin qalıqlarının nümayəndələri İrəvan nəşrinin jurnalistlərinə bildiriblər ki, “onsuz da azərbaycanlılar ermənilərdən qalan evlərdə yaşamayacaqlar və onları dağıdacaqlar. Bu davranış bizim vaxtilə Ağdamı, onların yaşayış məntəqələrini dağıdıb, torpaqlarından istifadə etməyimizə bir cavabdır. İndi bunun qisasını alırlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO