Yanğından zərərçəkənlərə KOMPENSASİYA VERİLƏCƏK - RƏSMİ 

Yanğından zərərçəkənlərə KOMPENSASİYA VERİLƏCƏK - RƏSMİ 

Hazırda oxunan: Yanğından zərərçəkənlərə KOMPENSASİYA VERİLƏCƏK - RƏSMİ 

89536

Şimal yanğınlarında evlərini və şəxsi təsərrüfatlarını itirən sakinlərə kompensasiya veriləcək.

Bu barədə ötən gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabranda keçirdiyi müşavirədə deyib. Nazir müavini Etibar Mirzəyev də bu barədə danışıb.

Amma hələlik bütün güc yanğının tam söndürülməsinə yönəldiyindən bu barədə yerli İH-nə hər hansı konkret məlumat verilməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Şimaldakı yanğınla bağlı SON VƏZİYYƏT – RƏSMİ  


Bizim.Media-nın yerli bürosunun yanğından ən çox zərər çəkən Şabran rayon İH-dən əldə etdiyi məlumata görə, bu barədə qərar yanğın tam söndürüləndən sonra verilə bilər. 

Hələlik soyutma işləri gedir.  

Qeyd edək ki, Şabranda 6 gündür davam edən yanğın nəticəsində Dağbilici kəndində 1 ev tamamilə, 2 ev isə qismən yanıb. Ayrı-ayrı kəndlərdə isə 10 evin həyətində tövlə, yardımçı tikili və ot tayası yanğın zamanı külə dönüb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO