Ölkədə qazlaşması səmərəsiz olan yaşayış məntəqələrinin SAYI – RƏSMİ  

Ölkədə qazlaşması səmərəsiz olan yaşayış məntəqələrinin SAYI – RƏSMİ  

Hazırda oxunan: Ölkədə qazlaşması səmərəsiz olan yaşayış məntəqələrinin SAYI – RƏSMİ  

89404

“Azərbaycanda 400-ə yaxın yaşayış məntəqəsinin qazlaşdırılması iqtisadi cəhətdən səmərəli deyil”. 

Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib. 

O bildirib ki, ölkədə 800-ə yaxın qazlaşmayan yaşayış məntəqəsi var, onların isə yarısının qazlaşması perspektivi görünmür, iqtisadi səmərəli deyil. 

Qurum rəsmisi deyib ki, qazlaşmamış məntəqələrin sayı böyük görünsə də, onların sırasında elələri var ki, cəmi 7-15 evdən ibarətdir (evlər də biri birində böyük məsafədə yerləşir) və magistral kəmərlərdən uzaqda yerləşirlər: 

“Biz çalışırıq ki, ərazi magistral kəmərlərə yaxın və iqtisadi cəhətdən əlverişli olsun ki, biz az vəsaitlə daha böyük həcmdə qazlaşma işləri həyata keçirdə bilək”. 

O əlavə edib ki, hazırda respublika üzrə qazlaşma səviyyəsi 96,3%-dir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO