Goranboy rayonunda bacı və qardaşı qətlə yetirməkdə ittiham olunan 1965-ci il təvəllüdlü İlham Haqverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Məhkəmənin hökmü ilə İlham Haqverdiyev 20 il müddətinə azadlıqdan məhrum edilib.
Onun cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
İttihama görə, bu ilin fevralın 6-sı saat 17 radələrində rayonun Qarasüleymanlı kəndi ərazisində kənd sakinləri - 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişlərin həmkəndlisi, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevin torpaq mübahisəsi ilə əlaqədar aralarında yaranan münaqişə zamanı Pərviz Namazov və Səlmi Namazovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlum olub ki, dəhşətli hadisə torpaq üstündə yaranan mübahisə zamanı baş verib. Uzun illər ailələr arasında torpaq üstündə mübahisələr, məhkəmə prosesləri olub.
İstintaq orqanı tərəfindən İlham Haqverdiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xususi amansızlıqla və ya təhlükəli usulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:49 / 19.08.2022
Goranboyda bacı və qardaşı öldürən şəxsə 20 il CƏZA VERİLDİ
Hazırda oxunan: Goranboyda bacı və qardaşı öldürən şəxsə 20 il CƏZA VERİLDİ
Hazırda oxunan: Goranboyda bacı və qardaşı öldürən şəxsə 20 il CƏZA VERİLDİ
89355
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.