Qubanın Qasımqışlaq və Vəlvələ kəndlərində yanğın bu gün tam səngiyib. Amma bəzi yerlərdə tüstülənmə halları qeydə alındığından soyutma işləri gedir.
Quba FHK-dan Bizim.Media-ya bildirilib ki, belə hal dünən səhər də müşahidə edildi.
Amma sonradan başlayan güclü külək alovun yenidən yayılmasına səbəb oldu.
Hazırda həmin istiqamətlər üzrə FHN-nin 10-dan artıq yanğınsöndürən avtomobili və işçi qüvvəsi işləyir. Yerli əhali də yanğının söndürülməsində çox fəal iştirak edir.
Qeyd edək ki, ötən gün Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qubada yanğın yerlərinə baş çəkiblər. Bildirilir ki, bu gün külək yenidən güclənərsə, yanğının həcminin artacağı şübhəsizdir.
Buna görə hələlik havanın sakit olmağından istifadə edilərək, bütün tədbirlər görülür.
Əldə etdiyimiz son məlumata görə, Qubada yanğınların söndürülməsinə helikopter cəlb olundu.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu