DYP-dən qəza yerindən yayınan sürücülərə XƏBƏRDARLIQ

DYP-dən qəza yerindən yayınan sürücülərə XƏBƏRDARLIQ

Hazırda oxunan: DYP-dən qəza yerindən yayınan sürücülərə XƏBƏRDARLIQ

89205

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı idarənin əməkdaşı polis leytenantı Rüstəm Əhmədli yayıb.

Onun sözlərinə görə, mütəmadi olaraq bu istiqamətdə proflaktiki tədbirlər görülsə də, sürücülərin yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınma halları davam edir:

"Bu kimi hallar zərərçəkmiş tərəfdən müraciətlərə gətirib çıxardır ki, sadəcə vaxt itkisi deyil, bir çox problemlərə səbəb olur. Araşdırmalar zamanı aşkar edilir ki, sürücülər lüzümsuz bəhanələrlə inzibati məsuliyyətdən yayınma istəyirlər.

Bir daha sürücülərə xəbərdarlıq edirik ki, yol-nəqliyyat hadisəsi zamanı dərhal aidiyyəti üzrə polisə məlumat verməli və DYP əməkdaşları gələnə qədər olay yerini tərk etməməlidirlər. Çünki məhz polis əməkdaşının rəyi əsasında qərar verilməli, ondan sonra hadisə yeri tərk olunmalıdır".

R.Əhmədli deyib ki, bir çox hallarda sürücülər yol-nəqliyyat hadisəni gizlədərək öz aralarında razılaşırlar:

"Sonradan tərəflər arasında mübahisə yaranır və şikayətlər daxil olur. Odur ki, bu kimi halları nəzərə alaraq qanun çərçivəsində hərəkət edilməli və hadisəyə yol polisinin hüquqi qiymət verilməsi təmin olunmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO