\

\"Dəniz kuboku\": Hərbçilərimiz növbəti epizodu yerinə yetirdilər - FOTO

Hazırda oxunan: \"Dəniz kuboku\": Hərbçilərimiz növbəti epizodu yerinə yetirdilər - FOTO

89114

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində hərbi dənizçilər “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Dəniz hədəfi üzrə artilleriya atışı” epizodu üzrə tapşırıqları yerinə yetiriblər.

Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, epizodun şərtlərinə əsasən 3000 metr məsafədə yerləşən kiçik ölçülü dəniz hədəflərinə artilleriya atışları yerinə yetirilib.

Hədəfin məhv edilməsi üçün artilleriya qurğularının heyətlərinə 40 ədəd mərmi verilib.

Tapşırığın icrası zamanı dəniz hədəfi kimi xüsusi quraşdırılan gəmi lövhəsindən istifadə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO