Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr davam etdirilir.
Ombudsman Aparatından Bizim.Media-ya verilən xəbərə görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun təşkil olunmuş növbəti başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad olunmuş ərazisində cinayət əməllərinin törədilməsinə görə məhkum edilmiş Ermənistan vətəndaşları da qəbul edilib.
Konfidensial qəbullar çərçivəsində aparılan söhbət zamanı hər bir məhkum üçün telefon əlaqələrinin, yazışmaların, ailə üzvləri ilə təmasın, məlumat əldə etmək imkanlarının (televiziya, nəşrlər), tibbi xidmətin təmin olunduğu müəyyən edilib.
Qəbul edilmiş şəxslər saxlanma şəraitindən və rəftardan şikayət etməyiblər.
Başçəkmə zamanı həmin şəxslərə münasibətdə hər hansı bir fərq qoyulmadan beynəlxalq hüquq normalarına uyğun rəftar edildiyi, hüquqlarının, o cümlədən lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 17.08.2022
Ombudsman Aparatı Azərbaycanda məhkum edilmiş erməni diversantlara baş çəkdi
Hazırda oxunan: Ombudsman Aparatı Azərbaycanda məhkum edilmiş erməni diversantlara baş çəkdi
Hazırda oxunan: Ombudsman Aparatı Azərbaycanda məhkum edilmiş erməni diversantlara baş çəkdi
89040
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.