Bakı metrosunda Müslüm Maqomayevin mahnıları səsləndirilir

Bakı metrosunda Müslüm Maqomayevin mahnıları səsləndirilir

Hazırda oxunan: Bakı metrosunda Müslüm Maqomayevin mahnıları səsləndirilir

88975

Bu gün dünya şöhrətli azərbaycanlı opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyi şərəfinə "Bakı Metropoliteni" QSC-də onun mahnıları səsləndirilir.

Bu barədə Bizim.Media-ya qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan xalqının böyük rəhmət və sevgi ilə andığı əbədiyaşar sənətkarın musiqi irsinə daim Bakı metrosunda xüsusi yer verilir. Böyük ustadın əziz xatirəsi ehtiramla yad edilir, səsləndirdiyi musiqi parçaları müxtəlif layihələrdə metropoliten sərnişinlərə təqdim olunur.
Bu gün metropolitenin stansiyalarındakı elektron monitorlarda M.Maqomayevin yubileyini xatırladan posterlər nümayiş olunur.

Bundan savayı, bütün metropoliten stansiyalarında dahi müğənninin sənətinə xüsusi ehtiram və hörmətin əlaməti olaraq, stansiyalarda onun ifasında hər kəsi heyran edən musiqi parçaları səsləndirilir.

Musiqi proqramına M.Maqomayevin zəngin repertuarından Azərbaycan və dünya xalqlarının dillərində ifa etdiyi mahnılar daxil edilib.

1942-ci ilin bu günündə Bakıda dünyaya göz açan böyük sənətkar keçmiş SSRİ-nin Xalq artisti adını daşıyır.

O, "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub. Keçmiş SSRİ-nin və Azərbaycanın bir çox medal, mükafatları və adları ilə təltif edilmiş M.Maqomayev 30-dan çox filmin musiqisinin müəllifidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO