IV ixtisas qrupunda 511 nəfər 600-dən yuxarı bal toplayıb

IV ixtisas qrupunda 511 nəfər 600-dən yuxarı bal toplayıb

Hazırda oxunan: IV ixtisas qrupunda 511 nəfər 600-dən yuxarı bal toplayıb

88885

"IV qrup üzrə imtahanda iştirak edənlərin və ərziə verənlərin sayı həmişəki kimi digər qruplarla müqayisədə daha azdır".

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, keçən il bu qrup üzrə 5000 abituriyent imtahanda iştirak etmişdisə, bu il onların sayı 400 nəfər artıb:

"Keçən illə müqayisədə IV qrupda vəziyyət eynidir. Bu il 600-dan yuxarı nəticə göstərənlərin sayı 511-dir.

Ötən il onların sayı 408 nəfər idi. Bu qrupu seçənlər əsasən tibb yönümlü ixtisasları seçirlər.

Lakin müəyyən qisim var ki, kənd təsərrüafatı yönümlü ixtisaslara meyil edir. Ona görə ki, həmin ixtisaslara qəbul daha asandır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO