İş yerini dəyişən müəllimlərlə bağlı YENİ XƏBƏR

İş yerini dəyişən müəllimlərlə bağlı YENİ XƏBƏR

Hazırda oxunan: İş yerini dəyişən müəllimlərlə bağlı YENİ XƏBƏR

88831

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinin nəticələri iştirakçıların şəxsi səhifələrinə göndərilib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, müsabiqə üzrə ilk dəfə 202 müəllim iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib.

Qeyd edək ki, İnsan Resursları Mərkəzi tərəfindən həyata keçirilən bu layihə insan resurslarının idarə edilməsində dünyada bir ilkdir.

Layihə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron platforma vasitəsilə iş yerini qarşılıqlı olaraq dəyişdirmək imkanı verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO