Bakıda qanunsuz ət satışı məntəqələri AŞKARLANDI - FOTO

Bakıda qanunsuz ət satışı məntəqələri AŞKARLANDI - FOTO

Hazırda oxunan: Bakıda qanunsuz ət satışı məntəqələri AŞKARLANDI - FOTO

88726

Suraxanı rayonunda reyd keçirilib, qanunsuz heyvan kəsimi və ət satışı məntəqələri aşkarlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə, reydlər zamanı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində fiziki şəxslər Abdullayev Samir Tofiq oğluna, Heydərov Fəxrəddin Nağdəli oğluna, Əmirov Rauf Sərvər oğluna, Qaraçuxur qəsəbəsində isə fiziki şəxslər Abdullayev Yasin Hüseyn oğluna, Məmmədov Bayram Kərim oğluna, Həşimov Elmar Babalar oğluna məxsus məntəqələrdə qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib.

Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO