X siniflər üçün şagird yerdəyişməsinə start verildi

X siniflər üçün şagird yerdəyişməsinə start verildi

Hazırda oxunan: X siniflər üçün şagird yerdəyişməsinə start verildi

88643

Avqustun 15-də saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proses “sy.edu.az” elektron sistemi üzərindən həyata keçirilir.

Valideynlər üçün “sy.edu.az” elektron sistemində ümumtəhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO