Şəhid övladları üçün Şuşada “Xarıbülbül” düşərgəsi təşkil edilib – FOTO

Şəhid övladları üçün Şuşada “Xarıbülbül” düşərgəsi təşkil edilib – FOTO

Hazırda oxunan: Şəhid övladları üçün Şuşada “Xarıbülbül” düşərgəsi təşkil edilib – FOTO

88525

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan “Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə avqustun 13-də məktəblilərin “Xarıbülbül” düşərgəsinin Şuşada rəsmi açılış mərasimi baş tutub.

Bizim.Media xəbər verir ki, açılışda iştirak edən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədr müavini Tural Novruzov məktəbliləri salamlayaraq onlara uğurlar arzulayıb.

Məktəblilər Düşərgənin “Şuşa İli” çərçivəsində məhz Şuşada təşkil edilməsinin çox əlamətdar olduğunu bildiriblər.

Eyni zamanda, Şuşanın azadlığı uğrunda şəhid olmuş qəhrəman hərbiçilərimizin düşərgədə iştirak edən övladları bu düşərgənin onlar üçün böyük mənəvi dəyəri olduğunu və iştirakdan qürur duyduqların bildiriblər.

Məktəblilər düşərgə boyunca Şuşa ilə yaxından tanış olur, onun tarixi, məruz qaldığı vandalizm və işğaldan sonrakı sürətli inkişafı haqqında məlumatlar əldə edirlər. İştirakçılar, həmçinin Zəfəri bizə yaşadanlarla görüş, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif əyləncəli və intellektual oyunlar, bədən dili, səmərəli təqdimetmə, emosional zəka, motivasiya və s. mövzularda keçirilən təlimlərdə iştirak edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO