Bu sözləri Axar.az-a açıqlamasında Əbu Bəkr məscidinin imamı, sələfilərin lideri Hacı Qamət Süleymanov deyib.
Hacı Qamətin sözlərinə görə, İŞİD-ə qoşulan azərbaycanlılar da var, Azərbaycanda radikal fikirli adamlar da:
“Onların İraq və Suriyaya döyüşməyə getməsində azalma müşahidə olunur. Bunun da səbəbi Türkiyədir. Çünki Türkiyə İŞİD-ə qarşı əməliyyatlara başlayıb, sərhədlərə nəzarəti gücləndirib və getmək çətinləşib”x9d.
Q.Süleymanov Azərbaycanda radikalizmi konkret kimlərin təbliğat etməsinə münasibət bildirdi: “Əsasən, internet resursları hesabına təbliğat işləri aparılır. Biz də buna qarşılıq anti-təbliğat aparırıq. Elə Əbu Bəkr məscidində baş verən terror da məhz radikalizmə qarşı çıxdığımıza görə oldu. Mən onların bir nömrəli düşməniyəm. Buna görə terrora məruz qaldıq. Bununla belə, hələ də maariflənmə işlərinin istənilən səviyyədə olduğunu düşünmürəm. Radikalizmə qarşı əsas müqavimət fikirlə olmalıdır. Onları öldürmək, həbs etməklə prosesi dayandırmaq olmaz”x9d.
Qeyd edək ki, İstanbulda terrora qarşı mübarizə çərçivəsində İŞİD-in Türkiyədəki lideri olduğu iddia edilən azərbaycanlı Abdulla Abdullayev həbs olunub. Onun Azərbaycanda köklü bir nəsilin təmsilçisi olduğu barədə qeyri-rəsmi xəbərlər dolaşır.






























































































