İsmayıllı sakininin evindən 11 kq narkotik çıxdı - FOTO

İsmayıllı sakininin evindən 11 kq narkotik çıxdı - FOTO

Hazırda oxunan: İsmayıllı sakininin evindən 11 kq narkotik çıxdı - FOTO

88454

İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Valeh Ələkbərov saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi 9 kiloqrama yaxın olan çətənə kolları və 1 kiloqram 900 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

V.Ələkbərov ifadəsində həmin narkotik tərkibli bitkiləri iki ay əvvəl becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO