Türkiyə Universitetləri Mərkəzi Bakıda təqdimatını keçirdi – VİDEO 

Türkiyə Universitetləri Mərkəzi Bakıda təqdimatını keçirdi – VİDEO 

Hazırda oxunan: Türkiyə Universitetləri Mərkəzi Bakıda təqdimatını keçirdi – VİDEO 

88401

Bakıda Türkiyə Universitetləri Mərkəzinin təqdimatı olub. Təqdimat mərasimi keçirən mərkəz dünyanın 6 ölkəsində fəaliyyət göstərir. Mərkəzin Bakıdakı fəaliyyətinin əsas məqsədi Azərbaycan gəncləri ilə Türkiyə Universitetləri arasında yeni təhsil körpüsü yaratmaqdır. 

Bu mərkəzin fəaliyyət sferası indiyə qədər Azərbaycanda mövcud olan eyni qəbilli mərkəzlərdən bir qədər fərqli və daha genişdir.  

Türkiyə Universitetləri Mərkəzi Türkiyə Universitetlərinin Azərbaycanda yeganə platformasıdır ki, təhsil alanla təhsil müəssisəsinin ünsiyyətinə şərait yaradır. Heç bir əlavə xidmət haqqı almadan universitetlərdə təqaüdlə oxumaq imkanı yaradır.

Türkiyədə təhsil almaq istəyən gənclər il boyu Türkiyə Universitetləri Mərkəzinə gəlməklə Universitetlərin rəsmiləri ilə görüşüb, düzgün seçim etmək imkanı qazanacaqlar. 

Universitetlərin xidmətlərinə sənədləşmə işinin həll edilməsi, Türkiyə universitetlərinə qəbulun 1 həftə içində təsdiqi, hərbi xidmətdən möhlət hüququnun verilməsi, Türkiyədə “oturum izni”nin alınması və qrup şəklində tələbələrin Türkiyəyə aparılıb qeydiyyatdan keçirilməsi də daxildir. 

Gənclər istər attestatla, istərsə də imtahanla istədikləri universitetlərin tələbəsi ola bilərlər. Həm də bunun üçün nəinki onlardan ödəniş tələb olunmur, hətta təqaüd belə almaq şansı verilir. 

Mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi, sərgilənən Türkiyə Universitetlərinin rəsmi şəxsləri, təhsil və ictimaiyyət nümayəndələri iştirak edirdilər.  Təqdimatdan geniş reportajı təqdim edirik. 

Bizim.Media

 






























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO