Kürdəmirdə avtomobil aşdı - YARALILAR VAR

Kürdəmirdə avtomobil aşdı - YARALILAR VAR

Hazırda oxunan: Kürdəmirdə avtomobil aşdı - YARALILAR VAR

88359

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 29 yaşlı Bəxtiyar Zaur oğlu Əhmədovun idarə etdiyi avtomobil hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan iki sərnişin - Gəncə şəhər sakinləri - 28 yaşlı Səbinə Vaqif qızı Əhmədova və 60 yaşlı Yeganə Məmməd qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO