5 gündür itkin düşən qadın axtarılır

5 gündür itkin düşən qadın axtarılır

Hazırda oxunan: 5 gündür itkin düşən qadın axtarılır

88235

Şəmkir rayonunda 24 yaşlı xanım itkin düşüb.  

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, Şəmkir rayon Aşağı Seyfəli kənd sakini, 1998-cu il təvəllüdlü Asimə Məmmədova avqustun 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.  

A.Məmmədovanın əlamətləri belədir: boyu 168 sm, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində sarı köynək, qəhvəyi rəngli don olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 341-05-58 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO