Bakıda 1 yaşlı oğlunu eyvandan atan atanın ittihamı ağırlaşdırıldı – MƏHKƏMƏ 

Bakıda 1 yaşlı oğlunu eyvandan atan atanın ittihamı ağırlaşdırıldı – MƏHKƏMƏ 

Hazırda oxunan: Bakıda 1 yaşlı oğlunu eyvandan atan atanın ittihamı ağırlaşdırıldı – MƏHKƏMƏ 

88188

Bakının Yasamal rayonunda bir yaşlı oğlunu öldürməyə  cəhd etməkdə ittiham olunan Samir Ağakərimovun ittihamı ağırlaşdırılıb.  

Bizim.Media xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.  

Samir Ağakərimovun barəsində olan cinayət işi üzrə istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  

İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib. Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə başlanacaq.  

Qeyd edək ki, ilkin istintaq araşdırması zamanı Samir Ağakərimova Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan edilmişdi.  

İttihama görə, hadisə bu ilin aprelin 26-da saat 16 radələrində baş verib. Yasamal rayonu ərazisində 30 yaşlı Samir Ağakərimov 1 yaşlı oğlu Amin Ağakərimovu yaşadğı evdən həyətə tullayıb.  
Nəticədə Amin kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Samir Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Məhkəmə Samir Ağakərimovun əməlini Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə sübuta yetirsə, onu 12 ildən 18 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO