Bələdiyyə sədrinin bacısı işə düzəltmək üçün qaziyə pul atıb – MƏHKƏMƏ  

Bələdiyyə sədrinin bacısı işə düzəltmək üçün qaziyə pul atıb – MƏHKƏMƏ  

Hazırda oxunan: Bələdiyyə sədrinin bacısı işə düzəltmək üçün qaziyə pul atıb – MƏHKƏMƏ  

88048

Bakının Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.   

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Tural Təhməzli ifadə verib.  

O bildirib ki, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olub. Onun sözlərinə görə, Vətən müharibəsinin gedişi zamanı yaralanıb və qazi olub.  

Tural Təhməzli qeyd edib ki, işə düzəlmək məqsədi ilə İlknur Əliyevaya müraciət edb. Onun sözlərinə görə, işə düzəlməsi üçün ona 2 min manat verib:  

“İlknur məni işə düzəldəcəyini vəd etsə, sonradan vədinə əməl etmədi. İşimlə bağlı ona dəfələrlə zəng etsəm də, zənglərimə cavab vermədi. Buna görə də onun barəsində şikayət etdim.  İlknur Əliyeva zərərçəkmişdən 2 min manatı aldığını etiraf edib.  

Bu zaman prosesə sədrlik edən hakim Rasim Sadıxov təqsirləndirilən şəxsə zərərçəkmiş Tural Təhməzliyə dəymiş ziyanı ödəməyi məsləhət bilib. Hakim bildirib ki, digər zərərçəkmişlərə dəymiş ziyan ödənmir.  

İlknur Əliyeva məhkəmə zalında söz verib ki, ən qısa zamanda qaziyə dəymiş ziyanı ödəyəcək. Daha sonra o, proses zamanı qazinin telefon nömrəsini alıb və onunla əlaqə saxlayacağını deyib.  

Növbəti proses avqustun 23-də davam edəcək.  

Qeyd edək ki, Tural Təhməzli “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. İttihama görə, Aytac Əliyeva və bacısı İlknur Əliyeva bir neçə nəfərin əmlakını ələ keçirib. Onlar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim ediblər.   
Hər iki təqsirləndirilən şəxslər zərərçəkmişlərə qızıllarını onlara verməyi, onlar da yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə vədlər veriblər. Daha sonra həmin qızılları ələ keçiriblər. Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş qismində tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO