Paytaxtda şirkət rəhbəri ürəyindən bıçaqlandı

Paytaxtda şirkət rəhbəri ürəyindən bıçaqlandı

Hazırda oxunan: Paytaxtda şirkət rəhbəri ürəyindən bıçaqlandı

88004

Bakının Nərimanov rayonunda turizm şirkətinin müdiri ürəyindən, işçisi isə ayağından bıçaqlanıb.

Bizim.Media xəbər verir ki, hadisə Montin qəsəbəsində qeydə alınıb.

Turizm şirkətinin müdiri Cavid Məmmədov və işçisi 18 yaşlı Amanzadə Kamran Azər oğlu agentliyin sürücüsündən pul almaq üçün onun yaşadığı Nərimanov rayonu ərazisinə gəlib.

Bu zaman onlar 4 nəfər naməlum şəxsin hücumuna məruz qalıb. C.Məmmədov ürəyindən bıçaqlanıb. O, ağır vəziyyətdə 5 nömrəli xəstəxanaya yerləşdirilib. 

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. K.Amanzadə isə ayağından bıçaqlanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Apa.az-ın məlumatına görə, faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO