Bakının Xətai rayonunda azyaşlıya qarşı quldurluq etməkdə təqsirli bilinən Pərvin Bünyatovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlayacaq. İttihama görə, hadisə bu il mayın 17-də baş verib.
Pərvin Bünyatov Q.Nəbi küçəsi, ev 2 ünvanının qarşısından keçərkən mobil telefonla danışaraq, həmin binanın 3-cü blokuna daxil olan azyaşlı Rəsul Eminovun arxasınca bloka daxil olub, ondan danışmaq bəhanəsi ilə telefonu alıb.
Mobil telefonun kilidli olduğunu görüb, azyaşlıya bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib. O, telefonun kilidini öyrənərək hadisə yerindən qaçıb.
Bununla da o, azyaşlıya 200 manat dəyərində ziyan vurmaqla quldurluq edib. İstintaq orqanı tərəfindən Pərvin Bünyatovun barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:27 / 11.08.2022
Bakıda azyaşlıya basqın edən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Hazırda oxunan: Bakıda azyaşlıya basqın edən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Hazırda oxunan: Bakıda azyaşlıya basqın edən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
87993
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.