Mübariz Qurbanlı Gerasim Şaraşenidze ilə görüşdü

Mübariz Qurbanlı Gerasim Şaraşenidze ilə görüşdü

Hazırda oxunan: Mübariz Qurbanlı Gerasim Şaraşenidze ilə görüşdü

87982
Moderator.az-a daxil olan məlumata görə, İyulun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstan Provaslav Kilsəsinin mitropoliti, Gürcüstan Patriarxlığının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gerasim Şaraşenidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 
 Görüşdə Azərbaycanla Gürcüstan arasında  əməkdaşlıq və mehriban qonşuluq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Eyni zamanda digər sahələrdə olduğu kimi, din sahəsində əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Gürcüstanın Xornabuci və Hereti yeparxiyasının yeni təyin olunmuş yepiskopu Dmitri Kapanadze  və Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze iştirak edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO