Rusiyadan alınan 500 vaqon dövriyyəyə buraxılacaq

Rusiyadan alınan 500 vaqon dövriyyəyə buraxılacaq

Hazırda oxunan: Rusiyadan alınan 500 vaqon dövriyyəyə buraxılacaq

87370
“Yaxın 10 gün ərzində”x9d.

Rusiya Federasiyasının “Uralvaqonzavod”x9d Elmi-İstehsal Korporasiyasından alınan 2900 vaqondan 800-ə qədəri Azərbaycana gətirilib. Həmin vaqonun 300-ü dövriyyədədir, 500 vaqonun üzərində isə sənədləşdirmə işləri həyata keçirilir.xa0

Moderator.az-a bu barədə “Azərbaycan Dəmir Yolları”x9d QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.xa0

Onun sözlərinə görə, yaxın 10 gün ərzində sənədləşdirmə işləri həyata keçirilən vaqonlar da dövriyyəyə buraxılacaq.

N.Əzməmmədov bildirib ki, Sovet dövründən qalan vaqon parkının yenilənməsinə artıq çoxdan ehtiyac olduğundan QSC belə bir addımı atıb:

“Sovet dövründən qalan vaqon parkının çoxdan yenilənməsinə ehtiyac var idi. Yeni rəhbər təyin olunduqdan sonra ilk növbədə bu istiqamətdə işlər aparıldı. Rəhbərlik yük daşınmasının daha təhlükəli olduğunu nəzərə alaraq Rusiyanın adıçəkilən Korporasiyasından yeni vaqonların alınmasına qərar verdi”x9d.

Qeyd edək ki, bir müddət əvvəl “Azərbaycan Dəmir Yolları”x9d QSC Rusiya Federasiyasının “Uralvaqonzavod”x9d Elmi-İstehsal Korporasiyasından 2900 ədəd müxtəlif təmayüllü yük vaqonu almışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO